İşə qəbul imtahanlarında ən yüksək nəticələri bu müəllimlər toplayıb


16:02     16 Avqust 2018 18_08_16_1534406623.jpg

Təhsil Nazirliyi bu il müəllimlərin işə qəbulu üzrə test imtahanlarında ən yüksək nəticələrin hansı fənn müəllimləri tərəfindən toplanıldığını açıqlayıb.


Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarında ən yüksək nəticələri riyaziyyat, kimya, tarix və coğrafiya fənlər üzrə imtahan verənlər toplayıblar. Ümumilikdə namizədlər arasında rus bölməsi ilə müqayisədə Azərbaycan bölməsinin namizədlərinin nəticələri daha qənaətbəxş olub.

M.Camalzadə qeyd edib ki, bu il müsabiqəyə 7000-dən artıq vakant yer təqdim edilib. Həmin yerlərin təqribən 90 faizi Azərbaycan, 10 faizi rus bölməsi üzrə olan fənlərə aiddir. Vakansiyaların təqribən 60 faizi həvəsləndirmə tədbirlərinin təqdim edildiyi, 40 faizi isə həvəsləndirmə tədbirlərinin tətbiq edilmədiyi müəssisələr üzrədir.

Femida.az

Açar sözlər: #imtahan   #müəllim   #iş   #qəbul  

Oxunub: 253