Dəniz kənarında vəhşi quşlar saxlayan sahibkar - FOTOLAR
16:52 16 Avqust 2018
Bakıda restoranda vəhşi quşlar saxlayan şəxs cərimələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, nazirliyə Pirşağı qəsəbəsində fəaliyyət göstərən ictimai-iaşə obyektində qəfəsdə vəhşi quşların saxlanılması ilə bağlı şikayət daxil olub. Şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.
Araşdırma zamanı Sabunçu rayonu Pirşağı qəsəbəsində, dənizkənarı zonada fəaliyyət göstərən ictimai-iaşə obyektində qanunsuz olaraq təbiətdən götürülmüş 2 bozqır muymulu quşunun qəfəsdə saxlanıldığı faktı təsdiqini tapıb. Faktla bağlı obyektin sahibi Bəxtiyar Məmmədov barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 500 manat məbləğində cərimə edilib. Vəhşi quşlar götürülərək təbiətə buraxılıb.
ETSN ətraf mühitin qorunması və təbiəti mühafizə sahəsində əsl vətəndaş mövqeyi nümayiş etdirən hər bir şəxsə təşəkkürünü bildirir və ekoloji qanun pozuntuları ilə rastlaşdıqda dərhal nazirliyə və nazirliyin 168 nömrəli “Qaynar xətt”inə məlumat vermələrini xahiş edir.
Femida.az
Oxunub: 395
Oxşar xəbərlər
- Dənizçilərə sertifikatların verilməsi " sadələşdirildi "
- Dənizdə köməksiz qalan iki nəfər xilas edildi
- Dənizdə külək enerjisi potensialına dair yol xəritəsi hazırlanır
- Dənizdə batma təhlükəsi ilə üzləşənlər xilas olunub
- Dənizdə batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas edilib
- Dənizçilərə təlim keçiriləcək
- Dənizdə batan 5 nəfər xilas edilib
- Dənizdə batan 11 nəfər xilas edildi - VİDEO
- Dənizdə batan şəxsin meyiti çıxarılıb
- Dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilibdi