Azərbaycanda minik avtomobillərinin istehsalı artıb


20:13     16 Avqust 2018 masinlar.PNG

2018-ci ilin birinci yarısında Azərbaycanda maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 191,6 milyon manatlıq məhsul istehsal edilib.

Femida.az bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 31,3 dəfə artıb, maşın və avadanlıqların istehsalı 15,2 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 62,4 faiz azalıb.

Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, bununla yanaşı 880 ədəd traktor, 269 ədəd minik avtomobili istehsal olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 226