Nazir Xoşbəxt Yusifzadəyə medal verib


20:34     16 Avqust 2018 2018/08/4A751904-3316-4AE9-A291-1569B6240B60_1534422805.jpeg

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun 2018-ci il 14 avqust tarixli əmri ilə SOCAR-ın birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.



SOCAR-dan Femida.az-a bildirilib ki, ölkəmizin qocaman neftçi-aliminə mükafat Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində təqdim olunub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yubiley medalı ilə təltif olunması münasibətilə akademik Xoşbəxt Yusifzadəni təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür, istehsalat fəaliyyətində və elmdə yeni nailiyyətlər arzulayıb.

Nazir qeyd edib ki, Xoşbəxt Yusifzadənin şərəfli ömür yolu və respublikanın neft-qaz sənayesinin inkişafında böyük xidmətləri ölkəmizin daxili işlər orqanlarının əməkdaşları üçün də böyük örnəkdir.

Akademik Xoşbəxt Yusifzadə mükafat üçün səmimi minnətdarlığını bildirib, respublikada asayişin, əmin-amanlığın qorunması işində Azərbaycan polisinə uğurlar arzulayıb.


Femida.az

Açar sözlər:

Oxunub: 221