Evdən 3 kiloqrama yaxın marixuana götürüldü


21:09     16 Avqust 2018 2018/08/1868D2E3-B6E3-4B97-AEDA-21189DA23E9C_1534425008.jpeg

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirləri qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, əldə edilən məlumat əsasında Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirinbəy kənd sakini Amid Cəfərova məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu, evindən isə 2 kiloqram 700 qram marixuana aşkarlanaraq götürülüb.

Daxil olmuş əməliyyat məlumatı əsasında Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən isə Mərdəkan qəsəbəsi ərazisində yaşayan Emin Nəcəfovun evinə baxış keçirilib və oradan 355 qram marixuana aşkar edilərək götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 200