ABŞ Konqresinə müsəlman namizdlər irəli sürüldü


21:22     16 Avqust 2018 2018/08/0CFA3128-D478-4A5C-B4B6-AE9BC1624464_1534426013.jpeg

ABŞ Konqresinə seçkilərdə Demokratlar partiyasından iki müsəlman qadın namizədliyini irəli sürüb.

Femida.az bildirir ki, Demokratlardan İlhan Omar və Rəşidə Tlaib ABŞ-ın ilk müsəlman konqresmenləri ola bilərlər.

İlhan Omar Minnesota ştatında qələbə qazanaraq partiyanı noyabrda keçiriləcək seçkilərdə təmsil edəcək. O, keçmiş Somali qaçqınıdır.

Rəşidə Tlaib isə Detroid ştatında praymerizdə qələbə qazanaraq öz partiyasının maraqlarını təmsil etmək şansı əldə edib.

Onların tərəfdarları içərisində immiqrantlar üstünlük təşkil edir.

Bu ilki seçkilərdə 90 müsəlman namizəd iştirak edir.

Qeyd edək ki, bundan əvvəl də Demaokratlar partiyasından transgender namizədin irəli sürüldüyü bildirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 199