Müəllimlərin maaşları artırılacaq


20:27     05 Oktyabr 2015 131005_7723fdf.jpg

Gələn ildən Azərbaycanın 12 rayon və şəhərinin müəllimlərinin maaşları artırılacaq. Bu ilin sonuna kimi Azərbaycanın daha 12 rayon və şəhərində müəllimlərin bilik və bacarıqlarının sınaq qiymətləndirilməsi aparılacaq.


Femida.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.

Onun sözlərinə görə, bu ərazilər Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı, Sabirabaddır: "Artıq bununla bağlı Təhsil Nazirliyində layihə hazırlanır. Hazırda texniki işlər aparılır. Buna görə də hansı rayon və ya şəhərdən ilk olaraq bu işə başlanılacağı hələ müəyyənləşdirilməyib. Amma ilin sonuna kimi adları çəkilən bu ərazilərin hamısında sınaq qiymətləndirilmə aparılacaq. Proses təxminən 35-40 min müəllimi əhatə edəcək".

İ.Nağıyev əlavə edib ki, sınaq qiymətləndirmənin aparılacağı 12 rayon və şəhərin müəllimlərinin əmək haqları gələn ilin yanvarından bu qiymətləndirmənin nəticələri nəzərə alınmaqla hesablanacaq.

Açar sözlər:

Oxunub: 680