Serj Sarkisyan da istintaqa cəlb edilir


22:58     16 Avqust 2018 sarkisyan-yigdi.jpg

Ermənistanın eks-prezidenti Serj Sarkisyan da “1 mart” işinə görə dindirilə bilər.

Femida.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan deyib.

O bildirib ki, kimlərin ki ifadəsi istintaq üçün faydalı ola bilər dindiriləcəklər.

Qeyd edək ki, 1 mart işi üzrə daha əvvəl Ermənistanın eks-prezidenti Robert Koçaryan həbs edilib, daha sonra azadlığa buraxılmışdı.

Xatırladaq ki, söhbət 2008-ci ilin 1-2 mart hadisələrindən gedir. O zaman prezident seçkilərindən sonra birinci prezident Levon Ter-Petrosyanın tərəfdarları Mərkəzi Seçki Komitəsinin nəticələrini qəbul etməyib İrəvan küçələrinə çıxmışdılar. Nümayişçilərə qarşı döyüş silahları istifadə edilmiş, 10 nəfər ölmüşdü.

Açar sözlər:

Oxunub: 411