Naxçıvan toylarında yemək verilməyəcək - İddia
23:10 16 Avqust 2018
Bundan sonra toylarda yemək verilməyəcək. Belə ki, toylarda israfçılığın qarşısını almaq üçün tədbirlərə başlanılıb.
Bu barədə sosial şəbəkə istifadəçiləri bildirib. Məlumatda qeyd olunur ki, sentyabrın 1-dən etibarən Azərbaycanın Naxçıvan bölgəsində toy şənliklərində qonaqlara ancaq çay və şirniyyat təklif ediləcək.
Bunun israfçılığın qarşısını almaq üçün edildiyi bildirilir.
Qeyd edək ki, mütəmadi olaraq sosial şəbəkə və mətbuatda Azərbaycanda toylarda israfçılığa yol verildiyi yazılıb və bu hal dəfələrlə tənqid olunub.
Bundan əvvəl Naxçıvanda yas mərasimlərində israfçılığın qarşısını almaq üçün tədbirlər görülüb. / cebhe.info
Femida.az
Oxunub: 1325
Oxşar xəbərlər
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Naxçıvanla Türkiyə arasında quru sərhədi niyə bağlanıb?
- Naxçıvanda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb
- AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır
- Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb - RƏSMİ
- Naxçıvanda gömrükçülər 100 kiloqrama yaxın heroin müsadirə edib
- Azərbaycan və İran arasında Naxçıvanla əlaqə üçün yeni sənəd imzalanıb
- Azərbaycan Ordusu, DTX və FHN Naxçıvanda birgə təlim keçirib
- AZAL Naxçıvana bilet almaq istəyənlərə xəbərdarlıq edib
- Naxçıvana yeni daxili işlər naziri təyin edilib