Fransa da Türkiyəyə dəstək oldu - ABŞ-a qarşı


00:30     17 Avqust 2018 18_08_16_1534436740.jpg


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Femida.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, telefon söhbətində ikitərəfli əlaqələr, aktual və regional məsələlər müzakirə edilib.

Dövlət başçıları Fransa ilə Türkiyə arasında iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsinin, qarşılıqlı investisiyaların həcminin artırılmasının əhəmiyyətini vurğulayıblar.

Həmçinin Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrağın fransalı həmkarı ilə yaxın müddətdə görüşməsi qərara alınıb.

Fransa Prezidenti Türkiyənin iqtisadi sabitliyinin ölkəsi üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Prezidentlər, həmçinin Suriyadakı vəziyyət barədə də müzakirələr aparıblar.


Femida.az

Açar sözlər: #Fransa   #prezident   #Makron   #Türkiyə   #Ərdoğan  

Oxunub: 168