Azərbaycanlı Latviyada parlament üzvlüyünə namizəddir


01:22     17 Avqust 2018 18_08_16_1534438406.jpg

Əslən Gürcüstanın Borçalı rayonundan olan 1989-cu il təvəllüdlü Asif İbrahimov Latviya Seyminə növbəti seçkilərdə iştirak edəcək.

Femida.az oxu.az-a istinadən bildirir ki, 1996-cı ildən Latviyada yaşayan və sahibkarlıqla məşğul olan A.İbrahimovun namizədliyi ölkədə populyar olan Sosial-demokratik partiya tərəfindən irəli sürülüb.

Son parlament seçkilərində məhz bu partiya qalib gəlib.

Latviya parlament respublikasıdır. Seymə növbəti seçkilər oktyabrın 6-da keçiriləcək.

Açar sözlər:

Oxunub: 219