Ağdaşda yaşayış binasında yanğın olub


02:35     17 Avqust 2018 yangin_38673636.jpg

Ağdaş rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 63 m² olan 3 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları 6 m² sahədə yanıb.

Femida.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər yüngül yanıq xəsarəti alıb, 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 207