Hindistanda yeddigünlük matəm elan edilib


02:54     17 Avqust 2018 2018/08/87983783-7243-4DE2-844A-ABB0E3788A3A_1534445836.jpeg

Hindistan hökuməti sabiq Baş nazir Atal Bixari Vadjpainin vəfatı ilə əlaqədar ölkədə yeddigünlük matəm elan edib.

Femida.az bildirir ki, matəm avqustun 16-dan 22-dək davam edəcək. Sabiq Baş nazir avqustun 16-da 93 yaşında dünyasını dəyişib. O, 1996 və 1998-2004-cü illərdə Hindistan hökumətinə rəhbərlik edib.

1998-ci ildə Vadjpai hökumətinin nüvə silahı sınaqlarının keçirilməsini sanksiyalaşdırması Hindistan-Pakistan münasibətlərinin mürəkkəbləşməsinə gətirib çıxarmışdı. "Asiaweek" həftəliyinin ekspert-politoloqlar arasında keçirdiyi sorğunun nəticələrinə görə, Vadjpai 2000-ci ildə Asiyada ən yaxşı hökumət rəhbəri adlandırılmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 223