Bakıda 2 otaqlı mənzil yanıb


13:23     17 Avqust 2018 azerbaycanda%20daha%20bir%20yangin.jpg

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, şəhərin Səbail rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan 2 otaqlı mənzilin mətbəxində 7 m² sahədə mətbəx mebeli yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #Yanğın   #FHN   #Mənzil  

Oxunub: 125