Türkiyə hakim partiyasının 5 üzvü yol qəzasında ölüb


13:31     17 Avqust 2018 18_08_17_1534484014.jpg

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının üzvlərini daşıyan avtobus Van şəhərindən Ankaraya gedən zaman yol qəzasına düşüb.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Van-Bitlis yolundakı Balaban məhəlləsi yaxınlarında baş verib.

Nəticədə 4 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada həyatını itirib. Daha 18 nəfər isə yüngül xəsarətlər alıb.Bildirilir ki, siyasətçilər fraksiyanın avqustun 18-nə nəzərdə tutulan 6-cı qurultayına gedirmişlər.

Açar sözlər:

Oxunub: 195