Türkiyədə dollar yenidən bahalaşır


14:37     17 Avqust 2018 18_08_17_1534487919.jpg


Bu gün səhər saatlarında Türkiyədə aparılan valyuta əməliyyatlarında dollar lirəyə nisbətdə 0,37% yüksəlib.


Femida.az xəbər verir ki, dolların alış və satışı 5,83 lirə təşkil edib.

Avropa Birliyinin vahid valyutası olan avro da lirəyə nisbətdə yüksəlişə keçib. Avronun alışı 6,64, satışı 6,71 lirə olub.

Bu valyuta üzrə bahalaşma 1% təşkil edib.

Qeyd edək ki, dünən Qatar əmiri Al Saninin Türkiyəyə 15 milyard dollar sərmayə yatıracağı yönündə bəyanatı dolların lirəyə nisbətdə 6 faiz dəyər itirməsinə səbəb olmuşdu.

Femida.az

Açar sözlər: #Türkiyə   #dollar  

Oxunub: 189