Mədəniyyət TV-dəki "Böyük Ermənistan" biabırçılığına reaksiya: "MƏSULİYYƏT DAŞIMIRIQ"


14:59     17 Avqust 2018 trend_amea_main.jpg


Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu 8 avqustda Mədəniyyət TV-də yayımlanan veriliş zamanı tarixi Azərbaycan torpaqlarının Ermənistan ərazisi kimi göstərilməsinə münasibət bildirib.

Qurumun kütləvi informasiya vasitələri üçün verdiyi açıqlamanı təqdim edirik:

"8 avqust 2018-ci ildə AZTV-nin Mədəniyyət Kanalında “Keçmişdən Gələcəyə” televiziya verişində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Balakən arxeoloji ekspedisiyasının rəhbəri t.ü.f.d Natiq Alışov və ekspedisiyanın üzvü Aliyə Adgözəlova qonaq qismində iştirak etmişdirlər. Burada Qafqaz Albaniyasında xristianlıq, bu sahədə aparılmış tədqiqatlar və Balakən rayon Tülü kəndində 2017-2018-ci illərdə aparılmış arxeoloji qazıntılarla bağlı geniş məlumat verilmişdi. 11 avqust 2018-ci ildə Mədəniyyət kanalında “Keçmişdən Gələcəyə” verilişi efirə verilərkən aparıcının “Azərbaycan xəritəsinə nəzər salaq” ifadəsinə uyğun olmadan rus dilində qondarma “Böyük Ermənistan” xəritəsi kadr arxası efirə verilmişdi. Adı çəkilən İnstitut əməkdaşları efirə gedən bu xəritəni televiziyaya təqdim etməmişlər və bu xəritəni digər tamaşaçılar kimi ilk dəfə televiziyada izləmişlər. “Keçmişdən Gələcəyə” verilişinin 11 avqust 2018-ci il tarixində efirə gedən buraxılışında kadr arxası montaj olunaraq göstərilən qondarma xəritəyə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun və verilişdə iştirak edən əməkdaşlarının heç bir aidiyyatı yoxdur və bunun üçün məsuliyyət daşımırlar".



Femida.az

Açar sözlər: #AZTV   #Mədəniyyət   #tarix   #Ermənistan  

Oxunub: 1597