Bayram günlərində fasiləsiz elektrik enerjisi veriləcək
15:16 17 Avqust 2018
Bayram və qeyri-iş günlərində enerji istehlakçılarının, habelə bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması məqsədilə Bakı şəhərində və regionlarda təşkilatı və texniki tədbirlər görülərək, 2018-ci il avqust ayının 22-23-də "Azərişıq" ASC-nin Mərkəzi Aparatı və RETSİ-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib.
ASC-dən Femida.az-a verilən məlumata görə, bayram günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb, elektrik şəbəkəsinin normal rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində növbətçilik təşkil edilərək zəruri olan mal-materialların ehtiyatı yaradılacaq.
Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan yenidənqurma və əsaslı təmir-tikinti işləri müvəqqəti olaraq dayandırılacaq.
Femida.az
Oxunub: 208
Oxşar xəbərlər
- Bayram günlərində yol qəzalarında 6 nəfər ölüb
- Bayram günlərində 142 nəfər zəhərlənib, onlardan biri ölüb
- Bayram günlərində yol qəzalarında 4 nəfər ölüb, 9 nəfər xəsarət alıb
- Bayramda restoranlara nəzarət gücləndiriləcək
- Bayramda rayona getmək istəyənlərin diqqətinə - VİDEO
- Bayramda qaz problemi olmayacaq
- Bayram günlərində ictimai nəqliyyat işləməyəcək
- Bayram namazının vaxtı açıqlanıb
- Bayramov və Çavuşoğlu Qarabağdakı son prosesləri müzakirə ediblər
- Bayram günlərində yol qəzalarında 15 nəfər ölüb