Xaçmazda dəhşətli intihar: Qadın özünü avtomobilin altına atdı


15:45     17 Avqust 2018 2018/08/intihar_1534492010.jpeg

Xaçmaz rayonunda 42 yaşlı qadın özünü hərəkətdə olan avtomobildən ataraq intihar edib.


Femida.az -ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Vələmir kəndində baş verib.

Xaçmaz şəhər sakini, 1976-cı il təvəllüdlü Səmalə Qasımova özünü Cavanşir Səfərovun idarə etdiyi "VAZ 21015" markalı avtomobildən atıb. Qadın hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Açar sözlər: #intihar  

Oxunub: 251