Fransa səfirliyindən İlqar Məmmədovla bağlı bəyanat
16:54 17 Avqust 2018

İlqar Məmmədovun azad olunması ilə bağlı Fransanın Avropa və Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Femida.az-ın verdiyi məlumata görə, bəyanatda bildirilir ki, Fransa avqustun 13-də Azərbaycanda müxalifətin siyasi xadimi İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayır:
"Beynəlxalq ictimaiyyət tərəfindən gözlənilən bu qərar, bizim Azərbaycan rəhbərliyi ilə əlaqələrimizdə fəal sürətdə dəstəklədiyimiz istəkdir.
Fransa Avropa Şurasının üzvü olan dövlətlər tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının tam şəkildə yerinə yetirilməsinə tərəfdardır”.
Femida.az
Oxunub: 61