Türk ordusu PKK liderini məhv etdi


17:08     17 Avqust 2018 18_08_17_1534497152.jpg


Ötən gün Türkiyə ordusu və ölkənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Sincar əyalətində “Kürdüstan birlikləri koalisiyasının” (KBK) region üzrə cavabdehi, Mam Zeki Şenqali ləqəbi ilə tanınan və terrorçuların “qırmızı siyahısına” daxil edilmiş İsmayıl Özdəni məhv edib.


Terrorçu təqibdən qaçmaq üçün başqa avtomobilə minsə də, türk ordusunun yaraqlını məhv edib.

66 yaşlı İsmayıl Özdən “PKK/KBK-nin icraiyyə komitəsinə” daxil olub.

Keçirilmiş əməliyyat Türkiyənin Hakkari bölgəsində Yüksekova rayonunda PKK terrorçularının qətlə yetirdiyi 11 aylıq Bedirhan Mustafa Karakay və onun anası Nurcan Karakayın şərəfinə adlandırılıb.

Femida.az

Açar sözlər: #Türkiyə   #PKK  

Oxunub: 198