Kür çayında suyun səviyyəsi artıb

Kür çayında suyun səviyyəsi artıb

17:31     17 Avqust 2018 caylarr05.jpg

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160, Kiçik Qafqazın çaylarında 40-110, Lənkəran-Astara bölgəsi çaylarında 20-60, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edir.


Femida.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumatda bildirilib.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 13 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 94 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 79 m3/s olmaqla ongünlük normanın 59 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 107 m3/s olmaqla, ongünlük normanın 159 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 11 m3/s təşkil edərək ongünlük normanın 16 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Bankədə və Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Salyanda və Şirvanda isə 12 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 352 sm (2017-ci il avqustun 17-də 351 sm), Şirvanda 209 sm (2017-ci il avqustun 17-də 213 sm), Salyanda 129 sm (2017-ci il avqustun 17-də 138 sm), Bankədə 178 sm (2017-ci il avqustun 17-də 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 75 sm (2017-ci il avqustun 17-də 65 sm) təşkil edir.

Femida.az

Açar sözlər:

Oxunub: 2