Ermənistanda iki keçmiş məmur həbs olundu


17:55     17 Avqust 2018 2018/08/11508-1534498938_1534499918.jpg

Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş yüksək vəzifəli məmurları həbs edilib.


Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanesyan bildirib.

Onun sözlərinə görə, keçmiş nazir müavini Hamlet Akopyan və FHN Aparatının sabiq rəhbəri Qaqik Ayrapetyan həbs ediliblər. Onlar büdcə vəsaitlərini mənimsənməkdə ittiham olunurlar.

Femida.az

Açar sözlər:

Oxunub: 227