Yolu keçən piyadanı maşın vurub öldürdü


18:20     17 Avqust 2018 qeza3.jpg

Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az DİN-in saytına istinadən xəbər verir ki, avqustun 16-da saat 7 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Telman Xanəliyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Masallı rayon sakini Seymur Müzəffərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 213