Nazirlikdə yeni təyinat: baş mühəndis müavin oldu


18:35     17 Avqust 2018 18_08_17_1534502172.jpg

İlham Əfəndiyev Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio” İstehsalat Birliyinin baş direktor müavini təyin olunub.


Femida.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

İ.Əfəndiyev bundan əvvəl Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi vəzifəsində işləyirdi.

Qeyd edək ki, "Teleradio" İB DVB-T/T2 standartında yerüstü rəqəmsal yayım, DVB-S peyk yayımı, radio və peyk rabitəsini həyata keçirir.

Açar sözlər:

Oxunub: 265