Müdafiə Nazirliyi təcili məlumat yaydı


19:03     17 Avqust 2018 mudafie%20nazirliyi71.jpg

"Azərbaycan Ordusunun bölmələri heç bir əməliyyat həyata keçirməyib və əməliyyat şəraitinə tam nəzarət edir"


Femida.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirib.

Bu gün erməni KİV-lərində guya Azərbaycan Ordusunun diversiya hücumu etməsi haqda yayılan məlumatlara münasibət bildirən nazir bəyan edib ki, düşmən tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, onun növbəti yalanı və təxribatıdır.

"Erməni kütləvi informasiya vasitələrində yayılan bu məlumat Ermənistan ordusunun çökməsindən və öz cəmiyyətində hökm sürən deqradasiyadan diqqəti yayındırmaq cəhdindən başqa bir şey deyil. Azərbaycan Ordusunun bölmələri heç bir əməliyyat həyata keçirməyib və əməliyyat şəraitinə tam nəzarət edir",- nazirliyin məlumatında qeyd olunub.

Açar sözlər: #Müdafiə_Nazirliyi  

Oxunub: 493