Kriminal avtoritet Azərbaycana buraxılmadı -Hava limanından geri qaytarıldı


20:01     17 Avqust 2018 2018/08/xemzet_1534507420.jpg

Çeçen əsilli kriminal avtoritet Xəmzət Qastəmirov Azərbaycana buraxılmayıb.


Femida.az xəbər verir ki,Yenicag.az-ın əldə etdiyi məlumata görə, “qanuni oğru” hava limanından geri göndərilib.

Təxminən 20 nəfərlik heyətlə Azərbaycana giriş etmək istəyən Qastəmirov ölkəyə buraxılmadığı üçün İstanbula yollanıb.

Etibarlı mənbə bildirir ki, o, səfər çərçivəsində 2016-cı ildə İstanbulda qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin məzarını ziyarət edəcəkdi.

Qeyd edək ki, “Şeyx Xəmzət” Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunur.

Açar sözlər: #kriminal   #Avtoritet  

Oxunub: 663