Lənkəranda seminar keçirilib


22:13     17 Avqust 2018 18_08_17_1534507702.jpg

Bu gün Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini ekstremizm” mövzusunda seminar-müşavirə keçirilib.

Femida.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Tədbir DQİDK-nin sifarişi ilə çəkilən Azərbaycanın ərazi bütövlüyü uğrunda və Aprel döyüşləri zamanı şəhid olmuş soydaşlarımızın xatirəsinə həsr olunmuş, eləcə də dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdə ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edən “Şəhadət” sənədli filminin nümayişi ilə başlayıb.

Daha sonra Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxış edərək belə bir tədbirin Lənkəranda keçirilməsinə görə minnətdarlığını bildirib.

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev, QMİ-nin Lənkəran bölgəsi üzrə qazısı Qəni Axundzadə və digərləri çıxışlarında insanların, o cümlədən gənclərin yad dini ideologiyaların təsirinə düşməməsi üçün sağlam dini bilgilərə yiyələnmələrinin, bu istiqamətdə maarifləndirmə tədbirlərinin ardıcıl davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Açar sözlər:

Oxunub: 203