Bakı bulvarına giriş 1 manat oldu - "Əxlaqsızlıqlara görə bu addımı atdıq"
20:20 17 Avqust 2018
“Dənizkənarı Bulvar ərazisinə Bayıl tərəfdən girişin pullu olması idarənin tam səlahiyyətində olan məsələdir. Giriş 1 manat təşkil edir”.
Femida.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Nazim Məcidov deyib. O qeyd edib ki, Dənizkənarı Bulvarın ərazisi 16 km-dır:
“Bildiyiniz kimi, Bulvara hər yerdən giriş pulsuzdur. Yalnız Bayıl tərəfdə Su İdman Sarayının yaxınlığında olan kiçik bir hissədə şlaqbaumdan keçid pullu olub. Bunu da şəhər sakinlərinin şikayətləri əsasında tətbiq etmişik. Belə ki, orada daim avtomobillər ötüşürdü, cavan oğlan və qızlar maşında saatlarla oturub uyğunsuz hərəkət edirdilər. Eyni zamanda, oradan “moyka” kimi də istifadə edilib. Bu da sakinlərin istirahətinə maneə törədirdi. Bu hissədə keçidin pullu olması bir neçə adamın xoşuna gəlməsə də, 100-lərlə şəhər sakini bəzi əxlaqsızlıqlara görə bu addımı alqışlayıb”.
Femida.az
Oxunub: 1540
Oxşar xəbərlər
- Yevlax sakini Bakı bulvarında özünü dənizə atıb
- DİN: Son 2 gündə bulvarda itkin düşən 17 uşaq tapılıb
- Bakı bulvarında dənizdən gəncin meyiti çıxarılıb
- "Zoobulvar"da saxlanılan alpaka ilə bağlı araşdırma başlanıb
- Bakı bulvarında gənc qız intihar edib
- Bulvarın direktoru vəzifədən azad edildi
- Bakı bulvarında 67 yaşlı kişi intihar edib
- "Formula 1" zamanı bulvar bağlı olacaq? - AÇIQLAMA
- Bu il Formula 1 zamanı bulvar bağlanmayacaq
- Bulvarda intihara cəhdin qarşısı alındı