Ərdoğan Makronla telefonda nədən danışıb?


20:20     17 Avqust 2018 2018/08/erdogan-makron_1534508535.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında ötən gün telefon danışığı baş tutub.



Fransa prezidenti Türkiyədə iqtisadi stabilliyin Fransa üçün əhəmiyyətli olduğunu bildirirb. Məlumata əsasən, Rəcəb Tayyib Ərdoğanla Emmanuel Makron telefon danışığı zamanı ikitərəfli əlaqələr, beynəlxalq və regional məsələləri müzakirə ediblər.

İki ölkə lideri qarşılıqlı investisya və ticarət əlaqələrinin genişləndirilməsinin vacib olduğunu qeyd ediblər.

Tərəflər Türkiyə maliyyə və xəzinadarlıq naziri Berat Albayrakla fransalı həmkarının yaxın zamanda görüşünün keçirilməsi barədə razılığa gəlib. Bundan əlavə R.T. Ərdoğan və Emmanuel Makron Suriya və xüsusilə İdlib vilayətindəki vəziyyət barədə müzakirələr aparıb.

Femida.az

Açar sözlər: #Fransa   #Türkiyə   #Albayrak  

Oxunub: 340