Azərbaycanda qanunsuz yaşayan 78 miqrant saxlanılıb


20:42     17 Avqust 2018 hebs.jpg

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı ayrı-ayrı ölkələrin vətəndaşları olan ümumilikdə 87 əcnəbi saxlanılıb.


DMX-dan Femida.az- a verilən məlumata görə, onlardan 78 nəfərin ölkə ərazisində qanunsuz yaşadıqları, 7-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 2-nin isə Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 78-nin barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

DMX qanunsuz miqrasiyaya qarşı mübarizəni davam etdirir.

Açar sözlər: #DMX  

Oxunub: 189