Paşinyan yenidən mitinqə başladı – CANLI
21:55 17 Avqust 2018
Ermənistanın baş naziri Nikol Paşinyan vəzifədə olmasının 100 günlüyü münasibətilə bu günə təyin etdiyi mitinqə start verib.
Femida.az erməni KİV-nə istinadən xəbər verir ki, mitinq yürüşünün önündə gedən Paşinyan ətrafına toplaşan sakinlərlə bərabər İrəvanın Erebunu küçəsindən Respublika meydanına doğru irəliləyirlər. Mitinqdə iştirak etmək üçün Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən də minə yaxın erməni İrəvana gəlib. Asayişin qorunması və qanun pozuntusuna, o cümlədən mümkün təxribatlara qarşı ərazidə polis əməkdaşları da cəmləşib.
Paşinyan bilrib ki, mitinqin start götürdüyü ərazi onun üçün rəmzi məna daşıyır. Çünki “məxməri inqilab” zamanı 22 apreldə Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları məhz Erebuni küçəsində onu saxlayaraq aparıblar. Yürüşə başlayan Paşinyan bəyan edib ki, məhz mitinqdə əhali qarşısında 100 günlük hakimiyyətinin hesabatını verəcək. Ehtimal olunur ki, o, daxili və xarici siyasətlə bağlı ciddi bəyanatlar səsləndirəcək.
Baş nazir həmçinin, mitinqdə təxribatlar törədiləcəyini istisna etməyib. Onun fikrincə, bəzi qüvvələr hökumətə qarşı təxribat məqsədilə aqressiya nümayiş etdirə bilər. Odur ki, Paşinyan sakinləri ehtiyatlı və soyuqqanlı olmağa çağırıb.
Xatırladaq ki, Ermənistanda və Rusiyadakı bir sıra dairələrin fikrincə, Paşinyanın bugünkü mitinqinin əsl məqsədi Moskvaya güc nümayişidir.
Femida.az
Oxunub: 307
Oxşar xəbərlər
- Nikol Paşinyan: "Ermənitanın 135 hərbçisi ölüb, ancaq bu yekun rəqəm deyil"
- Azərbaycan XİN Nikol Paşinyana cavab verib
- Paşinyanın avtomobil karvanının cinayət törədən sürücüsü cəzasız qalıb
- Nikol Paşinyan Moskvada işgüzar səfərdədir
- Ermənistan ziyalıları Paşinyanı sülh müqaviləsi bağlamağa çağırıblar
- İrəvanda Paşinyanın əleyhinə aksiya keçirilir, saxlanılanlar var
- Nikol Paşinyan martda Türkiyəyə səfər edəcək
- Paşinyan Aİ-nin nümayəndəsi ilə Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə edib
- Nikol Paşinyan Avropa Məhkəməsində Ermənistana qalib gəlib
- Nikol Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin bərpasından danışıb