Səyahət zamanı lazım olan 5 mobil proqram


02:54     18 Avqust 2018 18_08_17_1534514570.jpg

Xaqrici ölkələrə səfərlər zamanı texnologiyanın köməyindən istifadə etmək bəzən səyahətimizi daha asan və səmərəli keçirməyimizə şərait yaradır. Bu baxımdan xarici səfərlər zamanı ən çox lazım olan 5 mobil telefon proqramını yükləmək və istifadə etmək məsləhətdir.


1. mTrip
Dünyada 3 milyondan çox istifadəçisi olan bu proqram ödənişsizdir. Səyahət etdiyiniz ərazilərdə turizm zonaları, muzeylər, önəmli tarixi məkanlar, eyni zamanda turizm agentlikləri və şəhər turizm idarələri barədə məlumatlar bu proqramda cəmləşib.

2. Airbnb
Airbnb (Andriod, İOS) 200 ölkə, 34.000 şəhəri əhatə edən, insanların evlərini və ya otaqlarını turistlərə kirayə verə bilməsi üçün təsis olunmuş proqramdır. Səyahətçilər bu proqram vasitəsilə getdiyi ölkə və şəhərlərdə qalmağa ev və ya otaq tapa bilər.

3.Wi-fi Finder
Wi-fi Finder (Android, İOS) proqramı ilə getdiyiniz ərazilərdə wi-fi zonaların yerini və sizdən nə qədər uzaqlıqda olduğunu öyrənə bilərsiz. Bu proqram vasitəsilə yaxın wireless ərazisinə gedən yolu da asanlıqla tapmaq olar.

4. Uber
Xarici ölkələrdə taksidən və ictimai nəqliyyatdan istfiadə etmək bəzən təhükəli olur. Bu zaman köməyinizə Uber çatacaq. Bu proqram vasitəsilə bir toxunuşla siz nəqliyyat vasitəsi sifariş edib, istədiyiniz məkana gedə bilərsiniz.

5. Foodspotting
Səyahət etdiyiniz ərazilərdə restoranlar haqqında məlumatları bu proqram vasitəsilə ala bilərsiniz. Müştəri rəyləri sizə ən yaxşı məkanı seçməyinizdə yardımçı olacaq.

Femida.az

Açar sözlər: #səyahət  

Oxunub: 474