Salyanda külli miqdarda narkotik vasitələr aşkarlandı


23:21     17 Avqust 2018 cetene_kolu_0018.jpg

Salyanda külli miqdarda narkotik vasitələr aşkarlanıb.

DİN-dən Femida.az-a verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Abdullayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 160 ədəd çətənə kolu, 42 ədəd çətənə kötüyü, 7,71 qram çətənə toxumu, 4 kiloqram 895 qram marixuana və 2,058 qram tiryək aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 209