Dövlət büdcəsinə gömrük daxilolmaları artıb


23:24     17 Avqust 2018 dovlet_gomruk_komitesi_041.jpg

Bu ilin yanvar-iyul ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 milyard 941 milyon 158,40 min manat təşkil edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcə daxilolmaları 513 milyon 325 min manat çoxdur.

Yeddi ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 498 milyon 119 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 milyard 328 milyon 808,30 min manat, aksizlər üzrə 93 milyon 504,30 min manat, yol vergisi üzrə isə 20 milyon 726,80 min manat təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 185