Biləsuvarda bir ailə evsiz qaldı


23:52     17 Avqust 2018 yangin_386736368.jpg

Biləsuvar rayonunun Ovçubərə kəndində ümumi sahəsi 108 kvadratmetr olan evdə yanğın baş verib.

Femida.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə nəticəsində birmərtəbəli dördotaqlı evin tavanı və çardağı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 174