Gömrük Komitəsindən iddialara cavab - “Çirkin iftiralar atırlar”
01:39 18 Avqust 2018
“Avqustun 17-də bəzi internet resurslarında və sosial şəbəkələrdə Dövlət Gömrük Komitəsi, onun rəhbərliyi və gömrük orqanları haqqında yenə də əsassız, məqsədli şəxsin təxəyyülünün məhsulu olan böhtan xarakterli məlumat yayılıb”.
Femida.az xəbər verir ki, bu, Komitənin açıqlamasında qeyd olunub.
Qurumdan bildirilib ki, məlumatda əvvəl DGK rəhbərliyi haqqında hər hansı fakta söykənmədən, sifarişə uyğun olaraq yazılan ittiham xarakterli müxtəlif fikirlər səsləndirilir. Daha sonra isə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda guya gömrükçülər tərəfindən süni sıxlıq yaradıldığı, müəyyən məbləğdə vəsait müqabilində bəzi sürücülərin və vətəndaşların növbədənkənar buraxıldığına dair hər hansı fakta söykənməyən ittihamlar irəli sürülür.
Komitə həmin məlumatda ifadə edilən “etibarlı mənbə”, “vətəndaşlar bildirir ki”, “əldə etdiyimiz məlumata görə” kimi qeyri-müəyyən mənbələrin artıq tarixdə qaldığını və şəxsi təxəyyül olduğunu açıqlayıb:
“Hər hansı vizual dəlil, konkret sürücü, sahibkar və ya şəxs adı olmadan gömrük orqanları haqqında irəli sürülən iddialar çirkin iftiradan başqa bir şey deyil.
Məlumatın sonunda əlavə edilən videotəsvirlərdə əks olunan hadisələr isə gömrük zonasından kənarda, postun qarşısında baş verir və həmin ərazi gömrük zonası deyil. Bu ərazidə baş verənlərə görə gömrük orqanları cavabdehlik daşımır. Gömrük zonası mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin həyata keçirildiyi yerdir.
Təəssüf doğurucu hal isə ondan ibarətdir ki, gömrükçü formasını belə tanımayanlar gömrük orqanlarına qarşı bu cür əsassız iddialar irəli sürür, çirkin iftiralar atırlar”.
Oxunub: 196
Oxşar xəbərlər
- Gömrükçülər narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıb
- Gömrükçülər külli miqdarda dərman vasitələri saxlayıb
- Gömrükçülər ölkə ərazisi ilə Ermənistana yük aparan İran vətəndaşını saxlayıb
- Gömrük təmsilçiləri üçün imtahan keçirilib
- Gömrükçülər 218 kiloqram heroin aşkarladılar
- Gömrükdən keçən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları dəyişib
- Gömrükdə böyük narkotik əməliyyatı: 622 kq heroin aşkarlandı
- Gömrük sahəsinə dair birgə komitə yaradıldı
- Gömrük Akademiyası magistratura səviyyəsinə qəbul elan edir
- Gömrük Komitəsindən iddialara cavab: Avtomobillər satılmaq üçün gətirilirmiş