Komediya aktyoru idi, baş nazir oldu


03:54     18 Avqust 2018 18_08_17_1534535768.jpg

Keçmiş komediya aktyoru 40 yaşlı Maryan Şarets Sloveniyanın baş naziri seçilib.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, 5 partiyadan ibarət koalisiyaya rəhbərlik edən və solçuların dəstəyini qazanan siyasətçiyə parlamentin 55 üzvü səs verib.

Gizli səsvermədə parlamentin bütün üzvləri iştirak edib. Bununla da 40 yaşlı M.Şarets ən gənc baş nazir kimi Sloveniya tarixinə düşüb.

Femida.az

Açar sözlər:

Oxunub: 269