Türkiyədə atışma: 5 ölü,2 yaralı var


13:17     18 Avqust 2018 silahlı.jpg

Türkiyənin şimal-şərqində yerləşən Ərzincan əyalətinin Tercan şəhərində yerli müftiliyin ofisində silahlı insident zamanı 5 nəfər ölüb, daha 2-si yaralanıb.

Femida.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə əyalət administrasiyasının bəyanatında bildirilir.

"Avqustun 17-si saat 15.00-da yerli administrasiya binasında müftilik ofisində yığıncaq zamanı müftiyət üzvlərindən biri olan F.A. mübahisə zəminində tapançadan nizamsız atəş açıb. Nəticədə 2 nəfər, o cümlədən müftinin müavini ölüb və 5 nəfər yaralanıb. Onların arasında intihar etmək istəyən F.A-nın özü də var. Yaralılar xəstəxanaya çatdırılıb, orada həkimlərin səylərinə baxmayaraq, yaralılardan üçü, eləcə də, F.A keçinib", — deyə məlumatda qeyd olunur.

Bildirilir ki, hər iki yaralının vəziyyəti ağırdır. Prokurorluq hadisənin araşdırmasına başlayıb.

Femida.az

Açar sözlər: Türkiyə  

Oxunub: 175