Qazaxda 18 yaşlı gənc çayda batdı


13:20     18 Avqust 2018 denizde-boguldu.jpg

Qazax rayonunda suda boğulma hadisəsi baş verib.

Femida.az-ın “Report”a istinadən məlumatına görə, 2000-ci il təvəllüdlü kənd sakini Pənahov Sənan Natiq oğlu Kür çayının Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində çimərkən batıb.

Uzaqdan onun batdığını görən uşaqlar valideynlərinə xəbər veriblər. Kənd sakinlərinin axtarışı nəticəsində S.Pənahovun meyiti sudan çıxarılıb. Məlumata görə, Sənan ailənin tək oğlan övladı olub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Qazax   #boğulma  

Oxunub: 273