Paşinyan Ermənistan Konstitusiyasını dəyişir - Hakimiyyətdə qalmaq üçün


13:24     18 Avqust 2018 18_08_18_1534569966.jpg


Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkiləri ərəfəsində Ermənistan Konstitusiyasını dəyişəcək.

Femida.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, o bunu hökumət başında qalmaq üçün edəcək. Bu barədə o, Yerevanda keçirilən mitinqdə bildirib:

“Ermənistanda növbədənkənar seçkilər keçirilməlidir. Qüvvədə olan konstitusiyaya görə, istefa verməliyəm. Parlament də buraxılmalıdı və növbədənkənar parlament seçkiləri keçirilməlidir...

Belə vəziyyətdə bəzi qüvvələr düşünür ki, mən istefa verəndən sonra onlar gizlincə baş nazir seçəcəklər.

Bu insanlar Ermənistanda nə baş verdiyini anlamırlar. Onlar bunu anlamadıqlarına görə də, biz konstitusiyaya düzəlişlər edəcəyik.

Konstitusiyaya düzəlişlərin məğzi bundan ibarət olacaq: növbədənkənar parlament seçkilərinin vəzifədə olan baş nazir istefa vermədən keçirilməsi mümkündür”.

Femida.az

Açar sözlər: #Paşinyan   #Ermənistan   #seçki  

Oxunub: 233