Azərbaycanlı məhbuslar aclıq aksiyasına başladı - Erməni rəisə görə


13:33     18 Avqust 2018 18_08_18_1534570568.jpg


İstanbulun Maltəpə həbsxanasında orada saxlanılan azərbaycanlıların kütləvi aclıq akiyası başlayıb.

Femida.az xəbər verir ki, bu barədə virtualaz.org-a həmin türmədə olan məhbus Nərahim Nəzərov məlumat verib.

İnformasiyaya əsasən, aclıq aksiyasına 47 azərbaycanlı qoşulub. Məhbuslar əsas etibarilə onları etnik zəmində sıxışdıran erməninin həbsxana rəisi təyin edilməsindən narazıdırlar.

Vəziyyətin aydınlaşdırılması üçün virtualaz.org Azərbaycanın İstanbuldakı Baş konsulluğuna müraciət edib. Diplomatik missiyada müvafiq araşdırmanın aparılmasından sonra şərh verə biləcəklərini vəd ediblər.

Femida.az

Açar sözlər: #türmə   #Türkiyə   #İstanbul   #məhbus   #erməni  

Oxunub: 273