Qəbiristanlıqda narkotik yetişdirən şəxs saxlanılıb

Qəbiristanlıqda narkotik yetişdirən şəxs saxlanılıb

14:21     18 Avqust 2018 narkotik6.jpg

Quba rayonunda qəbiristanlıqda çətənə yetişdirən şəxs saxlanılıb.

Femida.az -ın DİN-ə istinadən verdiyi xəbərə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini Rövşən Axundov saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış zamanı sağ cibindən siqaret kağızına bükülmüş qurudulmuş marixuana, həmçinin R.Axundov tərəfindən rayon ərazisində yerləşən qəbiristanlığın ərazisində xüsusi aqrotexniki qaydada qulluq edilərək becərilmiş hündürlüyü 90-168 sm olan 6 ədəd çətənə bitkiləri aşkar olunaraq götürülüb. Rövşən Axundov çətənə kollarını özü əkdiyini etiraf edib. Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 0