Məmmədyarov ABŞ-da superturnirdə yarışlara başlayır

Məmmədyarov ABŞ-da superturnirdə yarışlara başlayır

14:24     18 Avqust 2018 sehriyar%20memmedyarov10.jpg

ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində şahmat üzrə Sinkfild superturniri start götürür.


Femida.az xəbər verir ki, turnirdə dünya çempionu Maqnus Karlsen, taca iddiaçı Fabiano Karuana, rusiyalı Vladimir Kramnik, emrəni Levon Aronyan və həmçinin azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov iştirak edirlər.

Turnir iştirakçılarının orta reytinqi 2787 bal təşkil edir.

Birinci turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla amerikalı Uesli Soya qarşı oynayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 0