Naxçıvan toylarında yemək verilməyəcək? - İddialara CAVAB
14:58 18 Avqust 2018
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov son vaxtlar sosial şəbəkələrdə Naxçıvan toylarında yeməklərin məhdudlaşdırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Femida.az-ın məlumatına görə, B. Əsgərov bildirib ki, sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında toy mərasimləri ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, toy mərasimlərinin sifarişlə və ya dövlətin qanunları çərçivəsində keçirilməsi fikirləri yalan informasiyalardır.
"Kim istəyir çadırda, kim istəyir şadlıq sarayında toy mərasimini keçirə bilər. Kim hansı menyunu istəsə gələn qonaqlara təqdim edə bilər. Kimsə öz övladına toy edirsə, onun necə keçirilməsinə və masaya hansı yeməklərin qoyulmasına kimsə inzibati yolla müdaxilə edərmi? Bunu uyduranların məqsədi nədir? Toy xalqımızın milli adət-ənənəsidir və min illərin sınağından çıxmış bu cür gözəl adətlərimizə kimsənin kölgə salmağa haqqı yoxdur” - deyə B.Əsgərov vurğulayıb.
Femida.az
Oxunub: 768
Oxşar xəbərlər
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Naxçıvanla Türkiyə arasında quru sərhədi niyə bağlanıb?
- Naxçıvanda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb
- Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb - RƏSMİ
- Naxçıvanda gömrükçülər 100 kiloqrama yaxın heroin müsadirə edib
- Naxçıvana yeni daxili işlər naziri təyin edilib
- Naxçıvanda avtomobil ər-arvadı vuraraq öldürüb
- Naxçıvanda gəlinini boğaraq öldürən şəxsin məhkəməsi başlayır
- Naxçıvan gömrükçüləri 47 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb
- Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb