81 yaşlı qadın su quyusuna düşdü - FHN əməkdaşları hadisə yerində


15:18     18 Avqust 2018 18_08_18_1534576829.jpg

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağdam rayonunun İkinci Baharlı qəsəbində 1 nəfər su quyusuna düşərək köməksiz vəziyyətdə qalıb.


Femida.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri 1937-ci il təvəllüdlü Əsgərova Məntiqə Hüseyn qızının meyitini dərinliyi təqribən 7-8 metr olan su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 223