Xaçmaz avtovağzalında oğurluq


15:19     18 Avqust 2018 publraf.com1423305887hebs-a.jpg

Xaçmaz rayonunda oğurluq etmiş şəxs saxlanılıb.



Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Femida.az-a verilən məlumata görə, avqustun 13-də Xaçmaz rayonu Qımılqışlaq kənd sakini Zaur Mustafayev rayon Polis şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək üç gün əvvəl naməlum şəxs və ya şəxslər tərəfindən avtovağzal ərazisində icarə əsasında işlətdiyi köşkdən 2500 manat və 1700 rubl pulunun oğurlandığını bildirib.

Xaçmaz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Şirin Həsənli saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı pullardan 1400 manat və 1700 rubl maddi sübut kimi ondan götürülərək zərərçəkmişə qaytarılıb.

Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 206