Nazirlik 8 maşınını satır - 3 min manata


15:25     18 Avqust 2018 18_08_18_1534577144.jpg


Vergilər Nazirliyi balansında olan istifadəsiz qalmış avtomobilləri auksiona çıxarıb.

Femida.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sentyabrın 18-də təşkil edəcəyi hərracda nazirliyin 8 avtomobilini özəlləşdirməyə təqdim ediləcək.

Nazirliyin satmaq üçün müəyyənləşdirdiyi avtomobilləin buraxılış ili 2005, 2006, 2007-ci illərdir.

Hərraca 5 ədəd "Kia Optima”, 3 ədəd isə "Daevo Nexia” markalı avtomobillər çıxarılıb. Avtomobillərin qiyməti isə istehsalı ilinə və istifadəsinə görə 3000 manatla 4200 manat arasında dəyişir.

Femida.az

Açar sözlər: #nazirlik   #maşın  

Oxunub: 387