Hərbi attaşelər Müdafiə Nazirliyində
22:10 05 Oktyabr 2015
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin Azərbaycanda akkreditə olunan hərbi attaşeləri oktyabrın 5-də Hərbi Hava Qüvvələrinin aviabazasında olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az - a verilən məlumata görə, on beş dövləti təmsil edən hərbi attaşelərə əvvəlcə hərbi hissə, onun yaranma tarixi barədə ümumi brifinq təqdim edilib. Aviabazada qonaqlar şəxsi heyət üçün yaradılan şərait, uçuş və texniki heyətlə tanış olub, əsgər yeməkxanaları və yataqxanalarına, məşğələ otaqlarına da baxıblar. Silahlanmada olan hərbi texnika ilə tanış olan qonaqlar şəxsi heyətin döyüş hazırlığı məşqlərini də izləyiblər.
Zabit yeməkxanasında nahar edən hərbi attaşelər hərbi hissədə yaradılmış xidmət və məişət şəraitindən, döyüş hazırlığı və tədrisin səviyyəsindən məmnun qalıblar.
Qonaqlar səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Oxunub: 649
Oxşar xəbərlər
- Hərbi təyyarə qəzaya düşdü - Pilotlar xilas oldu
- Hərbi Dəniz Qüvvələrində 2017-ci ilə yekun vurulub
- Hərbiyə 46 milyard dollar xərclənəcək
- Hərbi qeydiyyata düşməyənlər cərimələnəcək - Xəbərdarlıq
- Hərbi prokurorun ŞƏRHİ
- Hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
- Hərbi hissələrdə maarifləndirmə tədbirləri keçirilib
- Hərbi təyyarə qəzaya uğradı
- Hərbi qulluqçular üçün yeni orden təsis edildi
- Hərbi hissədə tədbir keçirilib