Hacıqabulda iki yük avtomobili toqquşdu, xəsarət alan var


15:32     18 Avqust 2018 2018/08/677546_1534577796.jpg

Hacıqabul rayonunda yol qəzası baş verib.


Femida.az Report-a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 99-FC-868 dövlət qeydiyyat nişanlı "Shagman" markalı yük avtomobili 57-BK-324 dövlət qeydiyyat nişanlı "KamAz" markalı yük avtomobilinə, sonra isə beton maneələrə çırpılıb. Nəticədə "Shagman"ın sürücüsü 1980-ci il təvəllüdlü Gəncə şəhər sakini Əhmədov Taleh Ağakərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 260